Caspian ShiftCOMPANY · CSC MMC
Qumlanıb boyanmış AZERBAIJAN gəmisi quru dokda

Bakı · Xəzər · Sənaye obyektləri

Qumlama, boya və izolyasiya

Gəmilər, metal və beton konstruksiyalar, çənlər və sənaye döşəmələri üçün su ilə təmizləmə, qumlama, antikorroziya, epoksi və yanğına davamlı (PFP) örtüklər, izolyasiya və iskələ işləri. Hər iş ölçmə və yekun hesabatla təhvil verilir.

Sa 2½ISO 8501-1 üzrə səth təmizliyi
2010-danKomandamızın sahədə təcrübəsi
µmHər qatda örtük qalınlığı ölçülür
JotunDəniz və sənaye boyaları

Xidmətlər

Metalı pasdan və korroziyadan qoruyuruq

Yüksək təzyiqli su ilə təmizləmə

Su ilə təmizləmə həm qumlamadan əvvəl hazırlıq, həm də ayrıca xidmət kimi görülür. Təzyiqli su axını yosunu, duz qalıqlarını, palçığı, yağı və boş boya qatlarını səthə zərər vermədən təmizləyir, toz və abraziv tullantısı yaratmır.

Harada

Gəmi korpusu və göyərtəsi (dokda yosundan təmizləmə), çənlər və rezervuarlar, sənaye avadanlığı, beton və metal səthlər, fasadlar və körpü konstruksiyaları.

Necə
  • Şirin su ilə yuyma, 250–300 bar (LPFWW)
  • Daha möhkəm qalıqlar üçün yüksək təzyiqli su ilə təmizləmə
  • Duz və çirk qalıqlarının yuyulub aparılması, boya öncəsi səthin qurudulması
  • Qumlamanın qadağan olduğu və ya toz yaranmamalı olan yerlər üçün uyğun üsul

Qumlama

Boyanın uzun ömürlü olması səthin necə hazırlandığından asılıdır. Köhnə boyanı, pası, duz qalıqlarını və dəniz yosununu abraziv axınla təmizləyirik ki, yeni örtük metala tam yapışsın.

Harada

Gəmi korpusu, göyərtə və su altı hissə, körpü və tavan konstruksiyaları, çənlər, rezervuarlar, borular, metal karkaslar.

Necə
  • Əvvəlcə 250–300 bar təzyiqli şirin su ilə yuyma (LPFWW)
  • Abraziv qumlama və ya yüngül sweep blasting
  • Təmizlik dərəcəsi ISO 8501-1 üzrə Sa1 – Sa 2½
  • Qumlamadan sonra toz və qalıqların təmizlənməsi

Antikorroziya boyası

Hər obyekt üçün boya sistemi seçirik: astar, ara və üst qatlar. Dəniz suyu, neft məhsulları və günəş şüası altında işləyən səthlər üçün dəniz və sənaye boyaları istifadə edirik.

Harada

Gəmilər, tankerlər, dəniz platformaları, metal konstruksiyalar, anbar və zavod binaları.

Necə
  • Airless püskürtmə və əl alətləri ilə tətbiq
  • Epoksi astar, poliuretan üst qat, su altı üçün xüsusi boyalar
  • Rütubət, temperatur və qarışıq nisbətinə nəzarət
  • Hər qatın quru qalınlığının (DFT, µm) ölçülməsi

Epoksi örtüklər

Epoksi döşəmə tozlanmır, kimyəvi maddələrə və ağır yükə davamlıdır, asan yuyulur. Beton səthi əvvəlcə hazırlayır, sonra qatları ardıcıl tökürük.

Harada

Zavod və anbar döşəmələri, avtoservis və qarajlar, parkinqlər, qida və əczaçılıq sexləri, ticarət sahələri.

Necə
  • Betonun cilalanması, çatların və boşluqların doldurulması
  • Epoksi astar (primer) qatı
  • Özüyayılan (nalivnoy) və ya sürüşməyən örtük
  • Lazım olduqda nişanlama xətləri və poliuretan son qat

İzolyasiya

Suyun və istiliyin itməsinin qarşısını alan örtüklər çəkirik. Beton və metal konstruksiyalara püskürtmə üsulu ilə qoruyucu qat vururuq, səth tikişsiz və bərabər alınır.

Harada

Damlar, bünövrələr, zirzəmilər, körpü və tavan konstruksiyaları, çənlər və borular.

Necə
  • Hidroizolyasiya: dam, bünövrə, çən
  • Boru və çənlərin istilik izolyasiyası
  • Beton və metal tavanlara püskürtmə ilə örtük
  • Yüksəklikdə iş: iskələ və təhlükəsizlik kəməri ilə

Yanğına davamlı örtüklər (PFP)

PFP (passiv yanğından mühafizə) yanğın zamanı metal konstruksiyanın qızıb əyilməsini və binanın, platformanın uçmasını gecikdirən örtükdür. Polad təxminən 500 °C-də möhkəmliyini itirir. Örtük bu temperatura çatma vaxtını 30, 60, 90 və ya 120 dəqiqəyə qədər uzadır ki, insanlar təxliyə olunsun və yanğın söndürülsün.

Harada

Neft-qaz platformaları və emal qurğuları, zavod və anbar binaları, ticarət və ofis mərkəzlərinin metal karkasları, kolonlar, tirlər, tavan konstruksiyaları.

Necə
  • İntumessent örtük: yanğında köpüklənib qalın istilik qalxanı yaradan boya
  • Sement əsaslı və epoksi əsaslı PFP: neft-qaz obyektlərində karbohidrogen yanğınına qarşı
  • Qalınlıq tələb olunan yanğın müqavimətinə görə hesablanır: R30 – R120
  • Qumlanmış və astarlanmış səthə çəkilir, hər qatın qalınlığı ölçülür
  • Videoda: metal panelə PFP örtüyünün püskürtülməsi

İskələ (skafold) işləri

Qumlama, boya və PFP işlərinin çoxu yüksəklikdə və çətin yerlərdə görülür: platforma dayaqları, gəmi korpusu, tavan tirləri, çənlər. Bunun üçün iskələni öz komandamız qurur, yoxlayır və iş bitəndən sonra sökür. İskələni ayrıca xidmət kimi də, başqa podratçıların işi üçün də quraşdırırıq.

Harada

Dəniz neft platformaları (o cümlədən su üstündə asma iskələ), gəmi korpusu və dok, sənaye binaları və çənlər, tavan və fasad işləri.

Necə
  • Boru-qıfıllı (tube & clamp) iskələ sistemi
  • Yükə və hündürlüyə görə planlaşdırma, meydança, məhəccər və pilləkənlər
  • Hər gün işdən əvvəl yoxlama və etiketləmə (yaşıl / qırmızı tag)
  • Quraşdırma, dəyişdirmə və sökmə təlimli iskələçilər tərəfindən
Dəniz platformasının dayaqları ətrafında qurulmuş iskələSu üstündə platforma dayaqlarına qurulmuş iskələ
Sertifikatlı ustalar

2010-cu ildən bu sahədə çalışan sertifikatlı ustalarımız işləyir, işi podratçıya ötürmürük.

Ölçmə ilə təhvil

Səth təmizliyi və örtük qalınlığı cihazla yoxlanılır.

Təhlükəsizlik

Qoruyucu kostyum, respirator, kəmər və iskələ ilə işləyirik.

Yazılı hesabat

Boya partiyaları, ölçmələr və fotolarla imzalı hesabat.

Qumlamadan əvvəl paslı gəmi korpusu
Əvvəl
Boyandıqdan sonra gəmi korpusu
Sonra

Layihə · Quru dok

M/T “AZERBAIJAN”

Korpusun yosundan mexaniki təmizlənməsi, yuyulması, qumlanması və tələb olunan standartlara uyğun boyanması.

Dok
ASCO Zığ GTTZ
Sifarişçi
AFEZCO
Tarix
17.02.2026
Hazırlıq
LPFWW 250–300 bar + sweep blasting, Sa1 – Sa2
Örtük
Astar və 4 rəngdə üst qat: qırmızı, yaşıl, sarı, ağ
Jotamastic 80 AluJotamastic 85 AluSafeguard Universal ESSeaForce 60 MHardtop XP

Görülmüş işlər

Dənizdən şəhər tikintisinə qədər

Gəmilərdən əlavə dəniz neft platformalarında, sənaye meydançalarında və şəhər tikintisində də işləyirik.

Dəniz platformasının dayaqları iskələ iləQumlanıb ağ boyanmış platforma dayaqlarıQumlamadan sonra metal dayaqlar

Dəniz neft platforması

Platformanın su üstündəki dayaqları (ayaqları), bağlantı boruları və göyərtə altı konstruksiyaları dəniz suyu, duz və dalğa təsirindən ən tez paslanan hissələrdir. Bu zonanı dənizin üstündə iskələ quraraq qumladıq və antikorroziya boyası ilə yenidən örtdük.

  • Açıq dənizdə iş
  • İskələ üzərində qumlama
  • Splash zonası
  • Antikorroziya sistemi
Platformada qumlama aparatlarıHava paylayıcı kollektor və şlanqlar

Öz qumlama avadanlığımız

Qumlama aparatları (abraziv çənləri), hava paylayıcı kollektor, şlanqlar və kompressorlar şirkətin özünündür. Avadanlığı platformaya, gəmiyə və ya meydançaya özümüz gətirir və quraşdırırıq, bir neçə usta eyni anda işləyə bilir.

  • Abraziv qumlama aparatları
  • Çoxçıxışlı hava kollektoru
  • Airless boya nasosları
Göy konteynerin yarısı qumlanıbKonteynerin üzərinə boz astar çəkilir

Konteynerlərin bərpası

Köhnə dəniz konteynerləri anbar, ofis və ya yaşayış modulu kimi istifadə olunmazdan əvvəl qumlanır. Şəkildə fərq aydın görünür: üst hissədə köhnə boya, alt hissədə qumlanmış təmiz metal. Sonra antikorroziya astarı və üst qat çəkilir.

  • Köhnə boyanın tam təmizlənməsi
  • Astar + üst qat
Qumlanıb astarlanmış tavan tirləriQırmızı astarla örtülmüş metal karkas

Metal konstruksiya və tavan tirləri

Bina və platforma tavanlarındakı metal tirlər, karkaslar və birləşmə yerləri qumlanır, sonra astarla örtülür. Döşəmədəki qara abraziv qumlamadan sonra yığılıb aparılır.

  • Tirlər və karkaslar
  • Qaynaq yerləri
  • Astar qatı
Sarı və göy rəngə boyanmış qaz boru kəməri və platformaQaz qurğusunun boyanmış borularıBoyanmış qaz armaturu

Qaz və neft qurğuları

Qaz paylayıcı məntəqələrdə boru kəmərləri, armaturlar, pilləkən və meydançalar qumlanıb boyanıb. Rənglər sənaye standartına uyğundur: qaz boruları sarı, konstruksiyalar göy. Belə obyektlərdə iş qaz icazəsi və ciddi təhlükəsizlik nəzarəti ilə aparılır.

  • Boru kəmərləri
  • Armatur və siyirtmələr
  • Rəng kodlaşdırması
Qırmızı korpuslu tanker körpüdəYaşıl boyanmış tanker göyərtəsiTankerin burnu, yeni boyanmış

Tanker korpusu və göyərtəsi

Tankerin su üstü korpusu qırmızı, göyərtəsi yaşıl dəniz boyası ilə yenilənib. Göyərtədə köhnə boya və pas götürülür, boru xətləri və avadanlıq ətrafı ayrıca örtülür, sonra airless püskürtmə ilə qatlar çəkilir.

  • Göyərtə boyası
  • Airless püskürtmə
  • Dəniz boyaları
Usta qaynaq tikişlərinə fırça ilə əlavə qat çəkirQırmızı astarla örtülmüş metal panel

Künc və qaynaq yerləri: stripe coat

Boya ən tez künclərdə, kənarlarda və qaynaq tikişlərində nazikləşir və paslanır. Ona görə əsas qatdan əvvəl bu yerlərə fırça ilə ayrıca qat (stripe coat) çəkirik. Şəkildə boz astar üzərində qırmızı stripe coat görünür.

  • Stripe coat
  • Qaynaq tikişləri
  • Kənar və künclər
Boz rəngə boyanmış konteynerBoz rəngə boyanmış metal panellər

Konteyner və panellərin son görünüşü

Qumlanmış konteynerlər və metal panellər astar və boz üst qatla tamamlanıb. Səth bərabər, axma və boşluq olmadan təhvil verilib.

  • Hazır məhsul
  • Bərabər örtük

Hər qatı ölçürük

Şəkillər obyektdə apardığımız real ölçmələrdir. Elektron qalınlıqölçən hər qatın quru qalınlığını mikronla göstərir (71,7 · 75,0 · 76,1 µm). Profil ölçən qumlamadan sonra səthin kələ-kötürlüyünü yoxlayır. Nəticələr yekun hesabata yazılır.

Qalınlıqölçən 71,7 µm göstərirQalınlıqölçən 75,0 µm göstərirQalınlıqölçən 76,1 µm göstərirSəth profili ölçən cihaz

Videolar

Obyektdə işimiz

Beton və metal tavan konstruksiyalarına püskürtmə ilə qoruyucu və yanğına davamlı örtük və tikinti meydançasında armatur karkaslarının qumlanması. Komanda qoruyucu kostyum, respirator və təhlükəsizlik kəməri ilə işləyir.

Tavan tirlərinə püskürtmə
Beton səthə qoruyucu qat
Yüksəklikdə iş, iskələdən
Armatur karkaslarının qumlanması
Tanker göyərtəsində airless püskürtmə
Göyərtə boru xətlərinin boyanması
Göyərtə avadanlığının ətrafı
Yaşıl göyərtə boyası
Yanğına davamlı PFP örtüyünün püskürtülməsi
Daha çox video TikTok-da · @caspian_shifting_company

Sadə dillə

Bu terminlər nə deməkdir?

Təkliflərdə və hesabatlarda rast gələcəyiniz əsas anlayışlar.

Qumlama
Sıxılmış hava ilə səthə yüksək sürətlə abraziv (qum, şlak, metal qırıntısı) vurulur. Bu axın pası və köhnə boyanı qoparır və metalın üzündə kiçik kələ-kötürlük yaradır ki, yeni boya möhkəm yapışsın.
Sa 1 · Sa 2 · Sa 2½
Beynəlxalq ISO 8501-1 standartında təmizlik dərəcələridir. Sa 1 yüngül təmizləmədir, Sa 2 köhnə qatın çoxu götürülür, Sa 2½ demək olar ki, tam təmiz parlaq metaldır. Dəniz və neft obyektlərində adətən Sa 2½ tələb olunur.
Su ilə təmizləmə (LPFWW)
Səth boyanmazdan əvvəl 250–300 bar təzyiqli şirin su ilə yuyulur. Duz qalığı boyanın altında qalsa, bir neçə aya boya qabarır və pas çıxır. Yuyulma bunun qarşısını alır.
Astar və üst qat
Astar metala birbaşa çəkilən və pasdan qoruyan ilk qatdır. Üst qat onu günəşdən, sudan və mexaniki zərbədən qoruyur və rəngi verir. Birlikdə boya sistemi adlanır.
DFT · µm
Qurumuş boya qatının qalınlığıdır, mikronla (millimetrin mində biri) ölçülür. Çox nazik qat tez dağılır, çox qalın qat çatlayır. Hər qatı elektron cihazla ölçür və hesabata yazırıq.
Epoksi
İki komponentli (qatran və bərkidici) çox möhkəm örtükdür. Döşəmədə tozlanmanı dayandırır, yağa, kimyəvi maddəyə və ağır yükə dözür. Metal üzərində antikorroziya astarı kimi də istifadə olunur.
Hidroizolyasiya
Suyun betona, dama və ya bünövrəyə keçməsini dayandıran örtükdür. Rütubət, kif və armaturun paslanmasının qarşısını alır.
PFP və R60, R90, R120
PFP yanğına davamlı örtükdür. R hərfindən sonrakı rəqəm konstruksiyanın yanğında neçə dəqiqə dayanacağını göstərir: R60 bir saat, R120 iki saat. Rəqəm nə qədər böyükdürsə, örtük o qədər qalın olur.
İskələ etiketi (scaff tag)
Hər iskələnin girişində asılan kartdır. Yaşıl etiket iskələnin yoxlandığını və istifadəyə hazır olduğunu, qırmızı etiket isə ona çıxmağın qadağan olduğunu göstərir. İskələ hər gün yoxlanılır və etiketi yenilənir.
Splash zonası
Dəniz platforması və körpü dayaqlarının dalğaların vurduğu hissəsi. Burada həm su, həm hava var, ona görə korroziya ən sürətlidir və ən möhkəm boya sistemi tələb olunur.

İş prosesi

Baxışdan yekun hesabata qədər

  1. Baxış

    Obyektə baxır, səthin vəziyyətini və iş həcmini qiymətləndiririk.

  2. Yuyma və qumlama

    Yüksək təzyiqli su və abraziv ilə səthi lazımi dərəcəyə qədər təmizləyirik.

  3. Ölçmə

    Səthin təmizliyini və hər qatın qalınlığını cihazla ölçürük.

  4. Astar

    Korroziyaya qarşı astar qatını çəkirik.

  5. Üst qat

    Rəng və növünə görə üst qatları püskürtmə və əl alətləri ilə tətbiq edirik.

  6. Hesabat

    Boya partiya nömrələri, ölçmələr və fotolarla imzalı hesabat təqdim edirik.

Caspian Shift Company tərəfindən boyanmış gəmi

Haqqımızda

Caspian Shift Company

Şirkət 2025-ci ildə qeydiyyatdan keçib, amma komandamız bu işləri 2010-cu ildən görür. 15 ildən artıq müddətdə gəmi təmiri, dəniz platformaları, sənaye və tikinti obyektlərində səth hazırlığı, boya, PFP və izolyasiya işlərində çalışmışıq. İndi bu təcrübəni öz şirkətimizdə davam etdiririk və hər mərhələnin keyfiyyətinə şəxsən cavabdehik.

RəhbərTural Mövlayev
Təcrübə2010-cu ildən
VÖEN2009494251
ÜnvanBakı, Xətai rayonu

Şirkət profili · Tenderlər

Tender və korporativ sifarişlər üçün

Tender və korporativ sifarişlərdə iştirak edirik. Şirkət profilini və prekvalifikasiya sənədlərini sorğu əsasında təqdim edirik.

Tam adı
“Caspian Shift Company” MMC
VÖEN
2009494251
Qeydiyyat
31.10.2025
Təcrübə
Komanda 2010-cu ildən bu sahədə
Direktor
Mövlayev Tural Zərbalı oğlu
Telefon
055 256 99 88 · 055 909 90 73
E-poçt
turalmovlayev.csc@gmail.com
İstiqamətlər
Su ilə təmizləmə, qumlama, antikorroziya boyası, epoksi, yanğına davamlı örtüklər (PFP), izolyasiya, iskələ işləri
İstinad
M/T AZERBAIJAN, ASCO Zığ GTTZ, 2026
Hüquqi

Reyestrdən çıxarış, nizamnamə, VÖEN şəhadətnaməsi, vergi borcunun olmaması barədə arayış, bank rekvizitləri

Texniki

Şirkət profili, iş metodologiyası (Method Statement), yoxlama və sınaq planı (ITP), avadanlıq və kadr siyahısı, istinad hesabatları

Materiallar

Boyaların texniki (TDS) və təhlükəsizlik (SDS) vərəqələri

Sertifikatlar

Ustaların qumlama, boya, izolyasiya və təhlükəsizlik üzrə sertifikatları

Əməyin mühafizəsi

HSE siyasəti, iş növləri üzrə risklərin qiymətləndirilməsi (JSA)

Texniki və HSE sənədlərimiz

Aşağıdakı sənədlər hər tenderə əlavə olunur. Açıb oxuya bilərsiniz.

MSİş metodologiyasıMethod Statement · hər iş növü üzrə ardıcıllıq

Səthin hazırlanması və örtük işlərinin hansı ardıcıllıqla, kim tərəfindən və hansı nəzarətlə görüldüyü. Layihənin texniki tapşırığı və boya istehsalçısının texniki vərəqəsi (TDS) bu sənəddən üstün tutulur.

Məsuliyyətlər

VəzifəMəsuliyyət
Layihə rəhbəri (direktor)Sifarişçi ilə əlaqə, iş planı, resurslar, yekun hesabatın imzalanması
Usta-brigadirBrigadanın gündəlik işi, iş icazələri, metodologiyaya əməl olunması
Keyfiyyət nəzarətçisiITP üzrə ölçmələr, qeydlər, hold point-lərdə sifarişçinin çağırılması
HSE məsul şəxsİşdən əvvəl təlimat (toolbox talk), risklərin yoxlanılması, fərdi qoruyucu vasitələr
Qumlayıcı və boyaqçılarİşin metodologiyaya və təhlükəsizlik qaydalarına uyğun icrası

Əsas avadanlıq

Qumlama aparatları, kompressorlar, hava quruducu və filtrlər, çoxçıxışlı hava kollektoru, yüksək təzyiqli su aparatı, airless boya nasosları, iskələ, işıqlandırma; nəzarət cihazları: qalınlıqölçən (DFT), rütubət və şeh nöqtəsi ölçən, səth termometri, profil ölçmə lenti, Bresle duz testi dəsti.

İşə başlamazdan əvvəl

  1. Sifarişçidən iş icazəsi (permit to work) və sahənin təhvili alınır.
  2. Toolbox talk keçirilir, JSA brigada ilə oxunur və imzalanır.
  3. Ətraf avadanlıq, kabellər və həssas səthlər örtülüb qorunur.
  4. Materialların partiya nömrələri və son istifadə tarixləri yoxlanılıb qeyd olunur.

Su ilə təmizləmə

  1. Səth 250–300 bar təzyiqli şirin su ilə yuxarıdan aşağı yuyulur (LPFWW).
  2. Yosun və möhkəm çöküntülər yüksək təzyiqli su ilə və ya mexaniki üsulla götürülür.
  3. Səthdə duz miqdarı Bresle üsulu ilə ölçülür; həddən çox olarsa yuyulma təkrarlanır.
  4. Səth qurudulur, qumlama və ya boyaya keçilir.

Abraziv qumlama

  1. Abraziv quru, təmiz və tələb olunan ölçüdə olur; sıxılmış hava yağ və sudan təmizlənir.
  2. Qumlama yalnız səth temperaturu şeh nöqtəsindən ən azı 3 °C yüksək və rütubət 85%-dən aşağı olduqda aparılır.
  3. Səth layihədə göstərilən dərəcəyə (adətən Sa 2½) qədər təmizlənir.
  4. Toz və abraziv qalıqları sorulur və ya təmiz quru hava ilə üfürülür.
  5. Qumlanmış səth həmin növbədə, pas çıxmazdan əvvəl astarla örtülür.

Boya tətbiqi

  1. Boya istehsalçının TDS-inə uyğun qarışdırılır, qarışıq nisbəti qeyd olunur.
  2. Künclər, qaynaq yerləri və kənarlar əvvəlcə fırça ilə əlavə qat (stripe coat) alır.
  3. Astar və üst qatlar airless püskürtmə ilə, çətin yerlər fırça və valiklə çəkilir.
  4. Hər qatın yaş qalınlığı iş zamanı, quru qalınlığı (DFT) quruduqdan sonra ölçülür.
  5. Növbəti qat yalnız TDS-də göstərilən quruma müddətindən sonra çəkilir.

Epoksi döşəmə

  1. Beton ən azı 28 gün yaşda və quru olmalıdır; rütubət ölçülür.
  2. Səth cilalanır və ya qumlanır, çatlar və boşluqlar epoksi məhlulu ilə doldurulur.
  3. Epoksi astar çəkilir, ardınca özüyayılan və ya sürüşməyən qat tökülür.
  4. Lazım olduqda nişanlama xətləri və poliuretan son qat çəkilir.

İskələ

  1. İskələ yükə, hündürlüyə və iş növünə görə planlaşdırılır, lazım olduqda hesablama aparılır.
  2. Təlimli iskələçilər tərəfindən quraşdırılır: dayaq lövhələri, məhəccər, ayaq lövhəsi, pilləkən.
  3. Səlahiyyətli şəxs yoxlayır və yaşıl etiket asır; etiketsiz iskələyə çıxmaq qadağandır.
  4. Hər növbədən əvvəl və pis havadan sonra yenidən yoxlanılır.
  5. Dəyişiklik və sökmə yalnız iskələçilər tərəfindən, sahə hasarlanaraq aparılır.

Yanğına davamlı örtük (PFP)

  1. Səth qumlanır və PFP sisteminə uyğun astarla örtülür.
  2. Hər element üçün tələb olunan qalınlıq yanğın müqavimətinə (R30–R120) və profilə görə istehsalçının cədvəlindən götürülür.
  3. Sement əsaslı və epoksi PFP-də lazım olduqda armatur toru bərkidilir.
  4. Örtük püskürtmə ilə qatlarla çəkilir, yaş qalınlıq iş zamanı, quru qalınlıq quruduqdan sonra hər elementdə ölçülür.
  5. Lazım olduqda üst qoruyucu qat çəkilir.

İzolyasiya

  1. Səth təmizlənir, nasaz yerlər bərpa olunur.
  2. Material istehsalçının tələbinə uyğun qatlarla çəkilir; birləşmə yerləri və keçidlər ayrıca möhkəmləndirilir.
  3. Qalınlıq və bütövlük yoxlanılır, nəticə ITP-də qeyd olunur.

Təhvil

Sahə abraziv və tullantılardan təmizlənir. Sifarişçiyə ölçmə qeydləri, boya partiya nömrələri və fotolarla imzalı yekun hesabat təqdim edilir.

ITPYoxlama və sınaq planıInspection & Test Plan · 13 nəzarət nöqtəsi

H (hold point): sifarişçi təsdiq etmədən növbəti mərhələyə keçilmir. W (witness): sifarişçi iştirak edə bilər. R: qeyd təqdim olunur.

№MərhələYoxlamaStandartQəbul meyarıCSCSifarişçi
1MateriallarBoya, abraziv, partiya, son istifadə tarixiSənədTDS və layihəyə uyğunHR
2İlkin vəziyyətPas dərəcəsi, yağ, qaynaq qüsurlarıISO 8501-1, 8501-3Layihə tələbiHW
3Su ilə təmizləməDuz miqdarıISO 8502-6 / 8502-9Adətən ≤ 50 mg/m²HW
4İş şəraitiRütubət, temperatur, şeh nöqtəsiISO 8502-4Səth ≥ şeh nöqtəsi + 3 °C, rütubət ≤ 85%HR
5Qumlamadan sonraTəmizlik dərəcəsiISO 8501-1Adətən Sa 2½HH
6Qumlamadan sonraSəth profiliISO 8503Adətən 50–85 µmHW
7Qumlamadan sonraTozISO 8502-3Dərəcə ≤ 2HW
8Stripe coatKünc, qaynaq, kənarlarVizualTam örtükWR
9Hər qatYaş qat qalınlığıDaraq ölçənTDS üzrəWR
10Hər qatQuru qat qalınlığı (DFT)ISO 19840Layihə sistemi üzrəHW
11Son qatGörünüşVizualQüsursuzHH
12Son qatBütövlükHoliday testQüsur yoxdurWW
12aPFPQuru qalınlıq hər elementdəİstehsalçının cədvəliTələb olunan R dərəcəsinə uyğunHW
13TəhvilYekun hesabatSənədBütün qeydlər tamHH

Rəqəmlər ümumi təcrübədir; layihənin texniki tapşırığında başqa həddlər varsa, onlar tətbiq olunur.

HSEƏməyin mühafizəsi siyasətiHSE Policy · şirkətin öhdəlikləri

“Caspian Shift Company” MMC üçün insanların sağlamlığı və təhlükəsizliyi işin həcmindən və müddətindən üstündür. Heç bir iş təhlükəsiz şəkildə görülə bilmirsə, o iş dayandırılır.

  1. Azərbaycan Respublikasının əməyin mühafizəsi və ətraf mühit qanunvericiliyinə, sifarişçinin HSE tələblərinə əməl edirik.
  2. Hər iş növü üçün riskləri əvvəlcədən qiymətləndirir, nəzarət tədbirlərini işdən əvvəl tətbiq edirik.
  3. Bütün işçiləri fərdi qoruyucu vasitələrlə təmin edir və onlardan istifadəni tələb edirik.
  4. İşçilərə mütəmadi təhlükəsizlik təlimi keçir, hər növbədən əvvəl toolbox talk aparırıq.
  5. Hər işçinin təhlükəli işi dayandırmaq hüququ var (Stop Work Authority); bu hüquqdan istifadəyə görə heç kim cəzalandırılmır.
  6. Bütün qəzaları, xəsarətləri və təhlükəli halları qeydə alır, araşdırır və təkrarlanmasının qarşısını alırıq.
  7. Abraziv, boya və həlledici tullantılarını ayrıca yığır, qaydasına uyğun utilizasiyaya veririk.
  8. Avadanlığı işlək və yoxlanılmış vəziyyətdə saxlayırıq.
  9. Siyasəti ildə bir dəfə və ya ciddi hadisədən sonra yenidən nəzərdən keçiririk.

Direktor: Mövlayev Tural Zərbalı oğlu

JSARisklərin qiymətləndirilməsiJob Safety Analysis · 12 təhlükə və nəzarət tədbiri

Risk nəzarət tədbirlərindən əvvəl (ilkin) və sonra (qalıq) göstərilir. Qalıq riski “Yüksək” olan iş başlanmır. Cədvəl hər obyektdə yerində yenidən nəzərdən keçirilir.

FəaliyyətTəhlükəİlkinNəzarət tədbirləriQalıq
Abraziv qumlamaAbraziv axınının dəyməsi, şlanqın qopmasıYüksəkQumlama kostyumu, hava verilən dəbilqə, deadman klapanı, şlanq qıfılları, sahənin hasarlanmasıAşağı
Abraziv qumlamaToz və səs-küyYüksəkHava verilən dəbilqə, qulaqlıq, toz sorma, kənar şəxslərin olmamasıAşağı
Su ilə yuymaSu axını ilə xəsarətYüksəkDeadman klapanı, qoruyucu kostyum və üz qalxanı, təlimli operatorAşağı
Boya püskürtməHəlledici buxarı, yanğınYüksəkRespirator, havalandırma, qığılcım yaradan alət qadağası, yanğınsöndürənAşağı
Boya ilə işDəri və gözlə təmasOrtaƏlcək, eynək, sahədə SDS, göz yuma vasitəsiAşağı
İskələ quraşdırma və sökməYıxılma, material düşməsi, iskələnin uçmasıYüksəkTəlimli iskələçilər, kəmər, aşağıda hasarlanmış zona, yük hesabı, yoxlama və etiketləməAşağı
Yüksəklikdə işYıxılmaYüksəkYoxlanılmış iskələ, ikiqarmaqlı kəmər, alətlərin bağlanmasıAşağı
Dəniz üstündə işDənizə düşməYüksəkXilasedici jilet və dairə, müşahidəçi, pis havada işin dayandırılmasıAşağı
Qapalı məkanOksigen çatışmazlığı, zəhərli qazYüksəkQaz ölçümü, icazə, havalandırma, girişdə müşahidəçi, xilasetmə planıOrta
Kompressor, hava xətləriTəzyiqlə partlama, səs-küyOrtaGündəlik yoxlama, sertifikatlı şlanqlar, qulaqlıqAşağı
Elektrik avadanlığıElektrik zərbəsiOrtaTorpaqlama, RCD, kabellərin sudan qorunmasıAşağı
YükdaşımaBel və əl zədəsiOrtaDüzgün qaldırma, iki nəfərlə daşıma, qaldırıcı vasitələrAşağı
TullantılarƏtraf mühitin çirklənməsiOrtaAyrıca yığım, dənizə axının qarşısının alınması, lisenziyalı utilizasiyaAşağı
ERPFövqəladə hallarda tədbirlərEmergency Response · hadisə və ilk addımlar

İlk addım işi dayandırmaq, avadanlığı söndürmək və usta-brigadiri xəbərdar etməkdir. Obyektin öz fövqəladə hal planı varsa, o əsas götürülür.

HadisəDərhal edilənlər
Xəsarətİşi dayandırmaq, ilk yardım, obyektin tibb məntəqəsi və ya 103
YanğınHəyəcan siqnalı, ilkin söndürmə, toplanma məntəqəsinə çıxış, 112
Dənizə düşmə“Adam dənizdə” siqnalı, xilasedici dairə, gözdən itirməmək, heyəti xəbərdar etmək
Yüksəklikdə asılı qalmaXilasetmə planı ilə 15 dəqiqə ərzində endirmək
Boya dağılmasıSahəni təcrid etmək, udducu materialla yığmaq, tullantı kimi təhvil vermək
Kimyəvi maddə gözə, dəriyə15 dəqiqə su ilə yumaq, SDS ilə həkimə müraciət

Vahid xidmət 112 · təcili tibbi yardım 103 · yanğın 101 · layihə rəhbəri +994 55 256 99 88, +994 55 909 90 73

Əlaqə

Obyektinizə baxış və qiymət üçün zəng edin

055 256 99 88
055 909 90 73
turalmovlayev.csc@gmail.com
WhatsApp yazın